Ələt-Astara yolunda qəza: 4 yaralı

13.04.2019 09:54
Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. 

REYD xəbər verir ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından "Report"a verilən məlumata görə, səhər saat 05:14 radələrində iki maşının toqquşması nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Məlumata görə, bunlar Yüzbaşov Mahir (1981), Qəniyev Vilayət (1971), Paşayev İlkin (2000) və Həsənov Ramildir (1987). Onlar müayinə olunduqdan sonra ambulator müalicəyə buraxılıblar.