Bakıda 10 yaşlı uşağı motosiklet vurub

13.04.2019 10:27
Bakıda 10 yaşlı uşağı motosiklet vurub. Yol-nəqliyyat hadisəsi Xətai rayonunda baş verib. 

REYD-in ONA-ya istinadən xəbərinə görə, Əhmədli qəsəbəsində 2009-cu il təvəllüdlü Hüseynov Nurəddin İman oğlu yolun kənarı ilə gedərkən onu motosiklet vurub. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.