İki nəfərlə dava edən şəxsə 3 bıçaq xəsarəti yetirilib

13.04.2019 11:28
Bakı sakini dava zamanı bıçaqlanıb. Hadisə Binəqədi rayonunda baş verib. 

REYD-in ONA-ya istinadən məlumatına görə, 8-ci mikrorayonda qeydə alınmış hadisə zamanı 1971-ci il təvəllüdlü Alman Tərlan Mirəhməd oğlu iki nəfərlə dava edib. O, dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Müəyyən edilib ki, onun bədəninə 3 bıçaq xəsarəti yetirilib.

Fakt Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən araşdırılır.