Təyyarənin şərnişini uçuş-enmə zolağına yıxılıb

13.04.2019 12:30
"American Airlines" aviaşirkətinə məxsus təyyarənin şərnişinlərindən biri layner eniş etdikdən sonra qapını açaraq uçuş-enmə zolağına yıxılıb. 

REYD-in Trend-ə instinadən verdiyi məlumata görə, adı açıqlanmayan şəxs hadisə nəticəsində yüngül xəsarət alıb və polislər tərəfindən saxlanılıb. Bundan əlavə, onun digər sərnişinlərin üzərinə naməlum maye tökdüyü bildirilir. Qeyd edilir ki, təyyarədə 157 sərnişin olub. Təyyarə Minneapolis-Finiks reysini həyata keçirirmiş.