"American Airlines" "Boeing 737 MAX"ın uçuşlarına qadağanı uzadıb

15.04.2019 10:39
"American Airlines" aviaşirkəti "Boeing 737 MAX" təyyarələrinin uçuşunun dayandırılması müddətini 19 avqust tarixinə qədər uzadıb. 

REYD "Report"a istinadən xəbər verir ki, bu barədə bəyanat bazar günü şirkətin saytında dərc olunub. Daha əvvəl qadağa iyunun 5-nə qədər nəzərdə tutulmuşdu.

"Biz "Boeing 737 MAX" təyyarələri ilə həyata keçirilən reyslərin ləğvini 19 avqustadək uzatmaq barədə qərar qəbul etdik. Çox əminik ki, MAX (modelləri) həmin vaxtadək yenidən attestasiyadan keçəcək", - deyə məlumatda bildirilir.

Aviaşirkət əlavə edib ki, belə olan halda, gündə təqribən 115 reys ləğv olunacaq ki, bu da ABŞ-da bütün gündəlik reyslərin 1,5 faizini təşkil edir.