1000-dən çox aviareys təxirə salındı

15.04.2019 12:40
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin iki hava limanında qar qasırğası səbəbindən 1000-dən çox aviareys təxirə salınıb. 

REYD "Report"a istinadən xəbər verir ki, məlumata görə, O'Hara beynəlxalq hava limanında vəziyyət kritik olaraq qalır. "Yaz küləyi O'Harada orta hesabla 49 dəqiqə gecikmə yaradıb, ləğv edilmiş reyslərin sayı 978-ə çatır. Qarın təmizlənməsi və buzun aradan qaldırılması üçün komandalar təyin olunub, lakin aviaşirkətdə reysin statusunu yoxlamaq lazımdır", - deyə aeroportun "Twitter" səhifəsində yazılıb.

Digər məlumata görə, Miduey hava limanında 148 reys ləğv olunub. ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumtına əsasən, Çikaqoda havanın temperaturu +1 dərəcə təşkil edir. Sulu qar yağmaqda davam edir.