Əfqanıstanda partlayış - Çoxlu sayda uşaq ölüb və yaralanıb

15.04.2019 14:24
Əfqanıstanın şərqində yerləşən Laqman əyalətində partlayış nəticəsində azı 7 uşaq ölüb, daha 8-si isə yaralanıb.

REYD xəbər verir ki, bu barədə əyalət hökumətinin mətbuat katibi Əsədullah Dövlətzaya istinadən Tolo News  telekanalı məlumat yayıb.

Bildirilir ki, Mihtarlam şəhərinin kənarında evlərin həyətində  partlamamış döyüş sursatlarının partlaması orda oynayan 7 uşağın ölümünə, 8 uşağın yaralanmasına səbəb olub.