PSJ-ni darmadağın etdilər - VİDEO

15.04.2019 15:47

Fransanın PSJ klubu çempionluğunu rəsmiləşdirə bilməyib.

REYD xəbər verir ki, Paris klubu Liqa 1-in mərkəzi oyununda "Lil” komandasının qonağı olub.

Görüş qonaqlar üçün yaxşı başlamayıb. Belçikalı müdafiəçi Toma Mönye 7-ci dəqiqədə öz qapısına yol tapıb. Düzdür, bundan dörd dəqiqə sonra ispaniyalı müdafiəçi Xuan Bernat hesabı bərabərləşdirib. Lakin hər şey elə bundan sonra başlayıb.

Belə ki, 16-cı dəqiqədə PSJ-nin braziliyalı mərkəz müdafiəçisi Tyaqo Silva, 24-cü dəqiqədə sağ cinah müdafiəçisi Toma Mönye zədələnərək əvəzlənib. 36-cı dəqiqədə isə sol cinah müdafiəçisi Xuan Bernat son ümid fouluna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

PSJ-nin çempionatda ən yaxın izləyicisi olan "Lil” isə bundan fasilədən sonra məharətlə yararlanıb. Belə ki, meydan sahibləri 51, 65, 71 və 84-cü dəqiqələrdə qollar vuraraq tanınmış rəqibini darmadağın edib – 5:1. Bu, PSJ-nin cari mövsüm yenildiyi ilk böyük hesablı nəticə olub. 

PSJ-nin ötən tur "Strasbur”la oyunda da qələbə qazana bilmədiyini nəzərə alsaq, bu komanda ardıcıl ikinci oyunda da qələbə üzünə həsrətdir.




SON XƏBƏRLƏR

2019-05-23

10:24 Qvardiola "Yuventus"la 4 illik müqavilə razılaşdırıb

10:22 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:19 Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

10:17 Dieqo Maradona saxlanılıb

2019-05-22

17:28 Belə "evakuasiya" xidməti görməmisiniz - VİDEO

16:45 “Qarabağ” Qara Qarayevlə müqavilənin müddətini uzadıb

16:39 Müğənni Zenfira məşhur mağazalardan birinin əməkdaşını döyüb?

2019-05-21

18:15 Sumqayıt, Abşeron, Siyəzən və Xızının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

16:21 “Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

16:19 Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqləndi

16:16 Şəkidə Beynəlxalq Keramika Simpoziumu açıldı

13:41 "Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

13:36 Bakı teatrlarının ayın sonu üçün hazırladığı repertuar zəngindir

13:28 Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

13:17 Azərbaycan qoşunlarının yerdəyişməsi və qüvvələrin ehtiyat atəş mövqelərinə çıxarılması icra olunub - VİDEO

13:15 Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

11:28 “Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ

2019-05-20

13:34 "Qalatasaray"dan 22-ci çempionluq - VİDEO

2019-05-17

16:57 Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb

16:24 Yay Olimpiya Festivalına 146 min bilet satışa çıxarılır

davamı>>