Avtosistern partladı: 12 ölü, 15 yaralı

15.04.2019 16:24
Nigeriyada neft daşıyan avtomobil partlayıb. 

REYD-in Trend-ə istinadən məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 15 nəfər yaralanıb. Qəza ölkənin şimal-şərqində, Qombe ştatında baş verib. Partlayış avtomobilin Bomala körpüsündə yük maşını ilə toqquşması nəticəsində baş verib.