Bakı polisi azyaşlı cinayətkarlar barədə danışdı

16.04.2019 13:23
Hüquq Mühafizə orqanlarından verilən məlumata görə, azyaşlıların cinayət əməlləri əsasən oğurluqdan ibarət olur. 

REYD xəbər verir ki, Oxu.Az-ın müxbiri paytaxtda fəaliyyət göstərən hüquq mühafizə orqanlarının əməkdaşları ilə azyaşlı uşaqlar arasında cinayətkarlıq səviyyəsi barədə söhbətləşib.

 Binəqədi rayon Polis İdarəsi tərəfindən saxlanılmış 14 yaşlı P.A kiçik qarət və avtomobil qaçırma, Yasamal polisi tərəfindən saxlanılmış 17 yaşlı Şirvan sakini A.B mənzil oğurluğuna görə saxlanılıb. 3 nəfərdən ibarət qarətçi qrupun üzvlərindən biri 25 yaşlı qızdır. Dəstəyə əvvəllər məhkum olunmuş İlkin Salayev rəhbərlik edib. 

Binəqədi rayon polis idarəsi isə 16 yaşlı Quba rayon sakini A.X-ni axtarır. Yeniyetmə Mir Cəlal küçəsində yerləşən və Həsən Agayevə məxsus aptekdən 80 manat oğurlamaqda şübhəli bilinir.

Daxili İşlər Nazirliyi uşaqlar arasında cinayətkarlıq səviyyəsinin azaldılması məqsədi ilə profilaktik tədbirlər keçirir. Lakin, hüquq mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, çətin tərbiyə olunan uşaqlarla iş ailədən başlamalıdır. Agır cinayət törədən 14 yaşdan böyük bütün şəxslər cinayət məsuliyyətinə cəlb edilirlər.

Qeyd edək ki, ötən sutka ərzində Azərbaycanda 35 oğurluq faktı qeydə alınıb.


SON XƏBƏRLƏR

2019-05-23

10:24 Qvardiola "Yuventus"la 4 illik müqavilə razılaşdırıb

10:22 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:19 Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

10:17 Dieqo Maradona saxlanılıb

2019-05-22

17:28 Belə "evakuasiya" xidməti görməmisiniz - VİDEO

16:45 “Qarabağ” Qara Qarayevlə müqavilənin müddətini uzadıb

16:39 Müğənni Zenfira məşhur mağazalardan birinin əməkdaşını döyüb?

2019-05-21

18:15 Sumqayıt, Abşeron, Siyəzən və Xızının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

16:21 “Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

16:19 Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqləndi

16:16 Şəkidə Beynəlxalq Keramika Simpoziumu açıldı

13:41 "Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

13:36 Bakı teatrlarının ayın sonu üçün hazırladığı repertuar zəngindir

13:28 Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

13:17 Azərbaycan qoşunlarının yerdəyişməsi və qüvvələrin ehtiyat atəş mövqelərinə çıxarılması icra olunub - VİDEO

13:15 Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

11:28 “Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ

2019-05-20

13:34 "Qalatasaray"dan 22-ci çempionluq - VİDEO

2019-05-17

16:57 Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb

16:24 Yay Olimpiya Festivalına 146 min bilet satışa çıxarılır

davamı>>