Klinika sahibinin oğurlanmış brilliantları tapıldı

16.04.2019 15:31
Bakıda fəaliyyət göstərən"Celamig” göz klinikasının sahibi Lalə Akif qızı Qurbanovanın evi qarət edilib.

Bu barədə REYD-ə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Lalə Qurbanovanın evindən 70 min manat dəyərində 3 brilliant sırğa oğurlanıb. Ev sahibi qiymətli əşyalarının oğurlanmasından aprelin 10-da xəbər tutub.

Araşdırmalar nəticəsində oğurluğu evin xidmətçisi, 53 yaşlı Abşeron rayon sakini A.Əliyevanın törətməsi məlum olub. Əliyeva saxlanılaraq məsuliyyətə cəlb edilib. 

Faktla bağlı araşdırmalar davam edir.