Bundan sonra qayda pozan piyadaları hamı tanıyacaq - AKSİYA

12.05.2019 18:30
Avtosfer.az saytının baş redaktoru, tanınmış avto ekspert Elməddin Muradlı Baku.News saytına müsahibə verib.

- Piyadalara qarşı ciddi mübarizəyə başladığınızla bağlı elan vermisiniz. Bu aksiyanın mahiyyəti nədən ibarət olacaq?

Bu təklif Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gəldi. Biz də bunu dəstəklədik. Biz düşünürük ki, indiki dövrdə buna daha çox ehtiyyac var. Çünki piyada vurma hadisələrinin sayı günü-gündən artmaqdadır. Xüsusən yaz-yay aylarında bu hadisələr daha çox artır. Bu mövsümdə insanlar daha çox yollarda olurlar. Bizi qarşıda daha çox vəzifələr gözləyir ki, bu hallara qarşı mübarizə aparılsın. Mübarizə qanunla aparılır. Yəni piyadalar bu qanuna əmək etmədikdə inzibati xətalar məcəlləsinə görə cərimə olunurlar. Piyadalarla bağlı inzibati xətalar məcəlləsində 4 cərimə növü var. Bunlardan biri svetafaroun qadağan edici işığında hərəkət etməyə görə, digəri keçiddən istifadə etməməyə görə, üçüncüsü yaxınlaşmaqda olan nəqliyyat vasitsinin qarşısına qəfildən çıxmağa görə,dördüncüsü isə yaxınlaşmaqda olan operativ nəqliyyat vasitələrinə yol verməməyə görədir.Bu hallara görə piyadaları 20 manat cərimə nəzərdə tutulub. Qanuna bu yaxınlarda edlmiş dəyişikliyə görə, piyadalar 80 km/saat və daha çox sürət həddi tətbiq olunan yollarda piyadalar qaydaları pozsalar 40 manat məbləğındə cərimə olunurlar, digər hallarda isə 20 manatdır. Bu aksiya çərçivəsində düşünürük ki, vətəndaşlarımıznda fəal iştirakı olmalıdır. Mən çox şadam ki, sosial şəbəkələrdə və bizim ətrafımızda da fəal insanlar formalaşıb, onlar ictimai qınaq metodunu həyata keçirirlər. Bu vaxta qədər bu ictimai qınaq sürücülərə qarşı həyata keçirilirdi. Yol hərəkətini pozan sürücülər ictimai qınağa səbəb olurdu, onların video görüntüləri yayılırdı. Bu da yüksək nəticə verib. Hətta mənə dəfələrlə yaxın bildiyimiz dostlar deyib ki, dayanma-durma qaydasını pozduöumuza görə bizimdə foto və ya video görüntümüzü çəkib avtosfer.az saytında yayacaqlar və yaxud da kimsə bunu sosial şəbəkələrdə paylaşacaq. Ona görə öz üzərilərində məsuliyyət hiss edirlər. Ümumiyyətlə belə düşünən insanlara görə biz sevinirik. Lakin sürücülərlə bağlı bu iş gedərkən piyadalarla da aparılmalıdır. Biz düşünürük ki, yol polisi ilə bunu daha da geniş şəkildə etməliyik. Avtossfer saytı vasitəsi ilə istəyirik ki, bizə gələn videoları saytda və sosil şəbəkələrdə həmçinin müxtəlif KİV-lərdə yayımlayaq. Nəticədə də bu ictimai qınaq obyekti daha da genişlənsin. Düşünürəm ki, özünü sosial şəbəkələrdə görən piyadalar daha bu qaydaları pozmayacaqlar. Bu gün piyada harada yerüstü piyada keçidi gördükdə nəqliyyyatın vasitəsinin olub-olmamsında baxmayaraq kimi özünü yola atır. Onlar düşünmürlər ki, piyadanın sürəti aşağı sürətdir, avtomobilin sürəti isə yükək. Avtomobil bir texnikadır. Bəzən piyada keçidləri də düzgün yerlərdə qoyulmur. Bundan başqa piyadalar qəfil olaraq piyada keçidindən istifadə edirlər. Bilirsiniz ümumiyyətlə yol infrastrukturunda müəyyən problemlər var, həmdə piyadaların davranışlarında ciddi probleçlər var. Mən düşünürəm ki, biz bu aksiya çərçivəsində bu problemli nöqtələri araşdırmalıyıq və aidiyyətı qurumlar qarşısında məsələ qaldırmalıyıq ki, bu problemlər tezliklə öz həllini tapsın.Bəzi yerlərdə piyada keçidi var nişan yoxdur, bəzi yerdə nişan var lakin piyada keçidir yoxdur. Bundan başqa 3 ay əvvəl piyada keçidi çəkiblər indi həmin zolaq silinib gedib görsənmir. İnsalar arasında təbliğat işləri aparmaq lazımdır ki. tünd geyimlərdən az istifadə etsinlər. Dünyanın istənilən ölkəsində vətəndaşlar müxtəlif al-əlvan rənglərdən istifadə edir. Çox da yaxşı nəticə verir. Sürücüləri onları rahat şəkildə görə bilirlər. Piyadalra tövsiyyə edilir ki, gecə vaxtı piyadarın axını istiqamətində hərəkət etsinlər. Piyadalar yola çıxarkən diqqətli olsunlar, keçiddən istifadə edərkən telefondan və ya qulaqçıqlardan istiafadə etməsinlər. Keçidi keçərkən çevik keçsinlər. Bu həm böyüklərə həm də kiçiklərə aiddir. Yaxşı haldır ki, Yol Polisinin təşkilatçılığı ilə respublikanın bütün orta məktəblərində təbliğat işlər aparılır. Biz özümüz də şahid oluruq ki, şagirlər çox fəaldırlar, bu qaydaları öyrənirlər. Ölkə başçısının imzaladığı müvafiq fərmana görə, gələcəkdə yol hərəkəti qaydalarının orta məktəblərdə keçilməsi və öyrənilmsəi daha da yaxşı nəticələr verəcək. Bağçalarda bu proses gedir, lakin ali məktəblərdə bu yoxdur. Yəni uşaqlar biz bu işləri görə bilirik lakin böyüklər bunu şüurlu şəkildə edirlər. Təsəvür edin valideyn uşağın əlindən tutur və qəflədən avtmobil yaxınlaşanda keçir yolun ortasına. Baxıb müşahidə etdikdə valideyn telefonla və ya qulaqcıqdan istifadə edir, fikri başqa yerdədir. Burada validen həm özünü həm də uşağı təhlükəyə atır. Dəfələrlə olub ana və balanı maşın vurdu. Mən özüm dəfələrlə şahidi olmuşam paytaxtın Nargilə kimi deyilən ərazidə 3 yeraltı piyada keçidi ola-ola ondan istifadə etməyərək valideyn öz uşaqları ilə qaça-qaça yolu keçir. Maşını saxlayıb irad bildirirsən deyir ki, tələsirəm. Yəni bu uşaqların həyatı sən tələsdiyin işdən daha da önəmlidir? Bu qədərmi uşaqların həyatına biganə yanaşırsız? Bax bu insanlar baş verə biləcək faciəni dərk etməlidirlər. Bu layhənin davamı olaraq biz düşünürük ki, sosial çarxlar vasitəsi ilə həyata keçirək. Artıq Baş Dövlət Yol Polisi ilə razılaşmalarımız olub. Yaxın vaxtlarda piyada vurmalarla bağlı bir neçə sosial çarxların şahidi olacaqsız. Artıq bununla bağlı müxtəlif görüşlər keçirilib.

-Siz tez-tez yol polisi ilə müxtəlif maarifləndirici tədbirlərdə iştirak edirsiniz. Hazırki dönəmdə sürücü-polis münasibətini necə qiymətləndirirsiniz ?


Hazırda sürücü-polis münasibətiləri o qədər də gəgin vəziyyətdə deyil. Əvvəllər daha çox problem yaşanırdı. Bunun da səbəbi bütün yol qaydalarının pozulmasını yol polisi özü aşkarlayırdı, cərimə yazırdı. Bu da ünsiyyət zamanı problem yaşadırdı. Təsəvvür edin tez-tez yol hərəkətini pozan, manevr qaydalarını pozan, saxlama-durma qaydalarını pozan sürücülərin evinə və ya emaila dresinə elektron qaydada bildiriş gəlir, hətta ondan da şikayət edirlər. İnanın ki, sürət həddini aşdığı üçün radara düşüb gedib ondan şikayət edir. Və yaxud da qırmızı işıqdan keçir gedib ondan şikayət edir ki, yəqin həmin kamera səhv işləyir və ya bu radarı niyə ora qoymusunuz və s. Hər varianda əmək atan insanlar var. Təəsüf edici haldır ki. insan törətdiyi xətaya görə haqq qazandırmağa çalışır. Bəzən olur ki, yol polis inspektptorları tərəfndən sürücüləri narazı salacaq müəyyən addımlar atırlar. Məsələn magistral yol sağ tərəf boş olduğu halda sol zolaqla hərəkətə görə saxlayıb sürücünü cərimələyirlər. Sürücü də haqlı olaraq deyir ki, qaydanı pozmuşam çək göndər adresimə və ya email ünvana. Cənab prezidentin attığı məhz bunlardır ki, sürücü-polis münasibətləri sıfıra endirilsin. Getdikcə bu addımlar daha da genişlənir. Artıq texniki baxışa görə, icbari sığörtaya görə, cərmilər tətbiq olunur. Yəni sürücü-polis münasibətləri sıfıra endirmək üçün mərhələləi şəkildə addımlar atılır. Yəqin görürsünüz Bakı Nəqliyyat Agentliyi dayanma və durmya görə kameralarla işləyir. Yəni artıq sürücü nə qışqıra, dava sala bilmir. Nə qədər çığırsa da kamera görüntüsü ortadadı və ona cərimə yazılıb. Görüntülərlə də sübut olunub. Artıq bu yaxşı haldır. Lakin bəzi hallarda olur ki, sürücü yol polisi tərəfindən nahaq yerə saxlanılır. Hətta inspektor sürücünü saxlayıb qayda pozuntusunu izah edə bilmir. Nişanın tələbini pozmuş sürücüyə heç nişanın adını deyə bilmir. Təəsüf ki, belə hazırlıqsız yol polisi əməkdaşları var. Onlarda gənc yol polisi əməkdaşlarıdırlar. Ümid edirik ki, həmin gənc polislər bütün bunları öyrənib sürücülərin qarşısına hazırlı çıxacaqlar. Bir məqamı da qeyd edim ki, elektron vasitələrlə qayda pozuntularının aşkar edilməsi maraqlı nəticələr ortaya çıxardır.Deyək ki, sürücülərə bir milyon inzibati protol tətbiq olunur. İnanın ki, onların 600-700 mini kameral vasitəsi ilə aşkar olunur. Təni polis-sürücü ünsiyyəti getdikcə azalır. Polis bu gün yolda hərəkəti tənzimləməklə, kameralar olyan yerdə xidmət aparmaqla təhlükəsizliyi təmin etməyə daha çox meyillidir. Lakin çox təəsüfki kobud qayda pozan sürücülər ki, yolda polis görməyəndə başlayırlar qayda pozmağa. Buna misal olaraq avtoxuliqanları gətirmək olar. Yəni özləri də bilir ki, yol polisi yoxdursa kamera onu hardasa çəkir. Və yaxud da toy karvanı aparan sürücülər kütləvi şəkildə qaydaları pozurlar.

- Sürücülərin ən çox əziyyəti çəkdiyi problemlərdən biri də tıxacların sayının çox olmasıdır. Şəhərin yolları ilə bağlı həmçinin bu tıxacları əmələ gətirən səbəblər haqda nə deyə bilərsiniz?

Tıxac məsələri Bakı şəhərinə aid olan bir məslədir. Mən düşnürəm ki, bu məsələ digər bölgələrdə o qədər də hiss olunmur. Olsa turizm bölgələrində müəyyən dövrdə baş verə bilər. Amma bu elə də qlobal bir problem deyil. Lakin tıxac məsələsi Bakı üçün ciddi bir poblemdir BU da şəhər infrastrukturunun düzgün həyata keçirilməməsidir. Baxın tikinti normalarına əməl etməyən nə qədər şirkətlər var. Bir gecənin içərisində haranısa hasara alıb fundament qoyub başlayırlar bina tikməyə. Rəyi bina tikləndən sonra alırlar. Bu çox acınacaqlı vəziyyətdir. Hansı ki, bu bina tikilməmişdən əvvəl layihəsi, parkinq yeri, həyəti olmalıdır. bütün bunlar razılaşdırılmalıdır. Təəsüflər olsun ki, onlar nə yol polisini nə də digər qurumları. özlərinə srf edən formada binalar tikilir. Bütün bunlarda gələcəkdə tıxac problemini daha da artıracaq. Tıxac probleminin digər səbəbləri məsuliyyətsiz sürücülərdir. İkinci-üçüncü cərgədə avtomobil saxlayıb gedənlərdir. taksilərlə bağlı cıddi problem var. Taksi duracaqları, taksi məntəqələri yaradılmalıdır. Harda gəldi saxlayırlar tıxaca səbəb olur. Düzdür onları da qınamaq olmur. Taksilər üçün ayrıca yerlər ayrılmalıdır. Avtobus dayancaqlarına bir də nəzər salmaq lazımdır. Harada cib lazımdırsa həmin yerlərdə ciblər yaradılmalıdır. Tramvar, troleybus kimi nəqliyyat vasitələri istifadəyə verilməlidir. Metro stansiyaların sayı yavaş-yavaş artırılmalıdır. İctmia nəqliyyat tam qaydasına düşərsə şəxsi avtombilsən istifadə edənlərin sayı azalar.

- Son vaxtlar qadın sürücülərin sayı çoxalıb. Həmin sürücülər yola çıxarkən ən çox nələrə diqqət etməlidir? Onlara nə kimi məsləhətləriniz var?

Qadın sürücülərin sayı 60 minə çatıb. Son vaxtlar bu artım davam edir. Qadın sürücülərin spesefik qayda pozuntuları var. Xüsusən zolaqlar arasın hərəkət etmək, mobil telefondan istifadə etmək, hərəkətdə olarkən kosmetik vasitələrdən istifadə etmək və s. Bununla yanaşı qadın sürücülər hərdən panikaya qapanırlar. Sağdan-soldan sıqnan verdikdə qəfil tormozu basırlar. Sanki şoka düşürlər. Alimlər sübüt ediblər ki, qadınların hadisə anında reaksiyası kişlərə nisbətən dəqiqənin üçdə biri qədər gecikir. Yəni qadınlar hadisəyə bir qədər gec reaksiya verirlər.Bəzən görürsən ki, hadisə anında əyləci basmaq əvəzinə qaz pedalını basırlar. O baxımdam biraz diqqətli olmaldırlar. Lakin mən tərəfdarıyam qadın sürücülərin çox olmasına. Yəni səliqəli düzgün qayda ilə sürən qadın sürcülərimiz var. Bəzən qadının maşının xaricinə vədaxilinə baxmaqla onun necə sürücü olduğunu rahat şəkildə görmək olar. Düşünürəm ki, xanımların yoldaşları, qardaşları yaxın qohumlar tam əmin olduqdan sonra avtomobili idarə etmək üçün onlara açarı verməlidirlər. Belə düşünürəm ki, qəza törədən təcrübəsiz qadın sürücünün günahının 50 faizi ona maşını alandadı, ona sürücülük vəsiqəsi verəndədi. Ona görə diqqətli olmaq lazımdır.