Leyla Əliyeva növbəti abadlaşdırılmış həyətin açılışında - FOTO

12.05.2019 18:33

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəriLeyla Əliyevahəyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Yenilənmiş həyət Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 37, 39, 41, 47, 49 və Qara Qarayev prospekti 59 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

"Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 2 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 10 söhbətgah və oturacaqlar quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi üçüncü həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.



SON XƏBƏRLƏR

2019-05-23

10:24 Qvardiola "Yuventus"la 4 illik müqavilə razılaşdırıb

10:22 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:19 Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

10:17 Dieqo Maradona saxlanılıb

2019-05-22

17:28 Belə "evakuasiya" xidməti görməmisiniz - VİDEO

16:45 “Qarabağ” Qara Qarayevlə müqavilənin müddətini uzadıb

16:39 Müğənni Zenfira məşhur mağazalardan birinin əməkdaşını döyüb?

2019-05-21

18:15 Sumqayıt, Abşeron, Siyəzən və Xızının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

16:21 “Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

16:19 Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqləndi

16:16 Şəkidə Beynəlxalq Keramika Simpoziumu açıldı

13:41 "Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

13:36 Bakı teatrlarının ayın sonu üçün hazırladığı repertuar zəngindir

13:28 Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

13:17 Azərbaycan qoşunlarının yerdəyişməsi və qüvvələrin ehtiyat atəş mövqelərinə çıxarılması icra olunub - VİDEO

13:15 Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

11:28 “Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ

2019-05-20

13:34 "Qalatasaray"dan 22-ci çempionluq - VİDEO

2019-05-17

16:57 Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb

16:24 Yay Olimpiya Festivalına 146 min bilet satışa çıxarılır

davamı>>