Avtomobilə “Satılır” elanı yazanlar cərimələnəcək

12.05.2019 18:40

"Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. 

Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib".Avtosfer.az xəbər verir ki, bu haqda Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır. "Avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir", - deyə K.Əliyev əlavə edib.

O həmçinin qeyd edib ki, bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

Qeyd edək ki, normalara əsasən, nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.



SON XƏBƏRLƏR

2019-05-23

10:24 Qvardiola "Yuventus"la 4 illik müqavilə razılaşdırıb

10:22 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:19 Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

10:17 Dieqo Maradona saxlanılıb

2019-05-22

17:28 Belə "evakuasiya" xidməti görməmisiniz - VİDEO

16:45 “Qarabağ” Qara Qarayevlə müqavilənin müddətini uzadıb

16:39 Müğənni Zenfira məşhur mağazalardan birinin əməkdaşını döyüb?

2019-05-21

18:15 Sumqayıt, Abşeron, Siyəzən və Xızının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

16:21 “Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

16:19 Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqləndi

16:16 Şəkidə Beynəlxalq Keramika Simpoziumu açıldı

13:41 "Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

13:36 Bakı teatrlarının ayın sonu üçün hazırladığı repertuar zəngindir

13:28 Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

13:17 Azərbaycan qoşunlarının yerdəyişməsi və qüvvələrin ehtiyat atəş mövqelərinə çıxarılması icra olunub - VİDEO

13:15 Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

11:28 “Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ

2019-05-20

13:34 "Qalatasaray"dan 22-ci çempionluq - VİDEO

2019-05-17

16:57 Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb

16:24 Yay Olimpiya Festivalına 146 min bilet satışa çıxarılır

davamı>>