Ronaldo “Roma” müdafiəçisinin boyunu ələ salıb - VİDEO

13.05.2019 09:44

Futbol üzrə İtaliya A seriyasının 36-cı turunun matçında "Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə "Roma”nın müdafiəçisi Alessandro Florensi arasında qarşıdurma yaranıb.

REYD xəbər verir ki, görüşün 59-cu dəqiqəsində oyunçular söz dəyişdiriblər.

Portuqaliyalı hücumçu jestlə rəqibinin susmasına işarə edib və onun boyunun kiçik olması ilə ələ salıb.

Qeyd edək ki, Ronaldonun boyu 187 santimetr, Florensinin boyu isə 173 santimetrdir.