Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə - MÜRACİƏT

13.05.2019 10:45
Son günlər qeydə alınmış ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzaların baş verməsinin əsas səbəblərindən biri də məhz sürücülərin sükan arxasında diqqətsizliyidir.

Bu barədə REYD-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Baş verə biləcək yol qəzalarının qarşısının alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırılır ki, nəqliyyat vasitələrini idarə edərkən son dərəcə diqqətli olmalı, sürət rejimini nəzarətdə saxlamalı, yol nişanlarına və nişanlanma xətlərinə diqqət yetirməli, sərnişinlərlə və ya mobil telefonla diqqəti yayındıra biləcək söhbətdə iştirak edilməməlidir.

"Qəzaların analizi göstərir ki, bir çox yol-nəqliyyat hadisəsinin qarşısının alınması, yaxud daha az zərərlə nəticələnməsində sərnişinlərin xüsusi rolu olur. Belə ki, öz təhlükəsizliyi naminə həyatını sürücünün ixtiyarına buraxmayan, mənzil başına sağ-salamat çatmaq istəyən sərnişinlərin ayıq-sayıqlığı, yolboyu sürücünün qaydalara riayət etməsinə, onun nəqliyyat vasitəsini idarə etmə qabiliyyətində olub-olmamasına diqqət yetirməklə sürücünün görmədiklərinə vaxtında reaksiya vermələri və ən azı onun diqqətini yayındırmamaları yüzlərlə qəzanın, o cümlədən ölüm və xəsarətin qarşısını alıb”, - məlumatda vurğulanıb.

"İdarə bir daha iştirakçı kateqoriyasından asılı olmayaraq küçə və yollarda hərəkət edən hər bir şəxsi son dərəcə diqqətli olmağa, tələsmək bəhanəsi ilə 100-200 metrlik məsafəni qənimət bilib qaydalara əməl etməməklə cahilliyin qurbanına çevrilməməyə, əzizlərinizi, doğmalarınızı gözüyaşlı qoymamağa çağırır. Sürücülərimiz unutmamalıdırlar ki, əllərindəki təkcə sükan deyil, həm də özünün, sərnişinlərinin və piyadaların həyatıdır”, - deyə idarədən qeyd edilib.


SON XƏBƏRLƏR

2019-05-23

10:24 Qvardiola "Yuventus"la 4 illik müqavilə razılaşdırıb

10:22 DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

10:19 Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

10:17 Dieqo Maradona saxlanılıb

2019-05-22

17:28 Belə "evakuasiya" xidməti görməmisiniz - VİDEO

16:45 “Qarabağ” Qara Qarayevlə müqavilənin müddətini uzadıb

16:39 Müğənni Zenfira məşhur mağazalardan birinin əməkdaşını döyüb?

2019-05-21

18:15 Sumqayıt, Abşeron, Siyəzən və Xızının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

16:21 “Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

16:19 Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqləndi

16:16 Şəkidə Beynəlxalq Keramika Simpoziumu açıldı

13:41 "Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

13:36 Bakı teatrlarının ayın sonu üçün hazırladığı repertuar zəngindir

13:28 Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

13:17 Azərbaycan qoşunlarının yerdəyişməsi və qüvvələrin ehtiyat atəş mövqelərinə çıxarılması icra olunub - VİDEO

13:15 Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

11:28 “Arsenal” Henrix Mxitaryanı Bakıya gətirməyəcək - RƏSMİ

2019-05-20

13:34 "Qalatasaray"dan 22-ci çempionluq - VİDEO

2019-05-17

16:57 Qanunsuz ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb

16:24 Yay Olimpiya Festivalına 146 min bilet satışa çıxarılır

davamı>>