Bu ölkədə sosial şəbəkələrə giriş bağlandı

13.05.2019 14:19
Şri-Lanka hökuməti ölkə ərazisində feysbuk, vatsap və viberə girişə yenidən məhdudiyyət tətbiq edib.

REYD-in "Röyters”ə istinadən verdiyi xəbərə görə, qərar müsəlmanlara qarşı təcavüz və hücum hadisələrinin artması fonunda qəbul edilib. Belə ki, naməlum şəxslər mayın 12-də Çilau şəhərinin qərb sahilində yerləşən məscid və müsəlmanlara məxsus mağazalara daşla hücum ediblər. Münaqişəyə səbəb feysbukda xristianlarla müsəlmanlar arasında baş vermiş söz atışması olub. 

Xatırladaq ki, aprelin 21-də Şri-Lankada baş vermiş 8 partlayışda 40-dan çoxu xarici vətəndaş olmaqla 253 nəfər ölüb, 521 nəfər yaralanıb. Həmin gün respublika rəhbərliyi sosial şəbəkələrdən istifadəni 10 gün müddətinə-21-30 aprel tarixlərində qadağan edib.