Azərbaycan hərbi helikopterləri Türkiyədə - FOTO

13.05.2019 15:30

"Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycanın hərbi pilotları plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.

Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.