Alyaskada 2 təyyarə toqquşdu, 5 nəfər həlak oldu

14.05.2019 10:51
Amerikanın Alyaska ştatında iki hidrotəyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb.

REYD xəbər verir ki, təyyarələr ekskursiyadan qayıdarkən Ketçikan şəhəri yaxınlığında toqquşub.

ABŞ Sərhəd Mühafizəsinin məlumatına görə, hadisə nəticəsində 10 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb.

İki təyyarənin göyərtəsində ümumilikdə 16 nəfər olub.