Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

21.05.2019 13:15
Azərbaycanda mənzil və kommunal təsərrüfatı bölməsinə dövlət büdcəsi xərclərinin 2%-i həcmində və ya 451,5 mln. manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 151,3 mln. manat və ya 1,5 dəfə çoxdur.

REYD Report-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "2018-ci il dövlət büdcəsinin icrası barədə illik hesabat”da öz əksini tapıb.

Artım 2017-ci illə müqayisədə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidən qurulması və abadlaşdırılmasına 90,8 mln. manat, "Azərsu” ASC-yə 22 mln manat, "Azəristiliktəchizat” ASC-yə 14,1 mln. manat çox vəsaitin ayrılması ilə bağlıdır. Həmçinin ilk dəfə olaraq 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçılların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsinə 29,5 mln. manat vəsait sərf edilib.

İqtisadi təsnifata uyğun olaraq, mənzil kommunal təsərrüfatı bölməsindən (451,5 mln. manat) abadlaşdırma xidmətləri haqqının ödənilməsinə 201,5 mln. manat ( 2017-ci illə müqayisədə 45,2 mln. manat və ya 28,9% çox), məhsula görə (təşkilatlarda yaranmış zərərin örtülməsi üçün) ödənişlərə 92,1 mln. manat (2017-ci illə müqayisədə 51,8 mln. manat və ya 2,3 dəfə çox), yolların əsaslı təmirinə 40,3 mln. manat (2017-ci illə müqayisədə 1,5 mln. manat və ya 3,9% çox), mənzil fondunun əsaslı təmirinə 45,9 mln. manat (2017-ci illə müqayisədə 28,5 mln. manat və ya 2,6 dəfə çox), digər kommunal xidmətləri haqqının ödənilməsinə 29,7 mln. manat və sair xərclərə 42 mln. manat vəsait sərf edilib.


SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>