“Arsenal” qalib gəlsə, futbolçulara 10 milyon ödəyəcək

21.05.2019 16:21

"Arsenal” futbolçuları gələn həftə Bakıda keçiriləcəkAvropa Liqası finalında qələbə qazansalar, klubun rəhbərliyi oyunçuları adambaşına yarım milyon funt-sterlinqə qədər mükafatlandıracaq.

Bu barədə "Daily Mail” yazır.

Məlumata görə, Unai Emerinin çalışdırdığı komandanın futbolçuları ilə bağlanmış müqavilənin bonuslar (əlavə mükafatlar) bölməsində Avropa"trofey”lərinin qazanılacağı təqdirdə oyunçuların fərdi qaydada mükafatlandırılması nəzərdə tutulur.

Bonuslar 100,000-500,000 funt-sterlinq arasında dəyişir. Beləcə, final qələbəsi "topçular”ın rəhbərliyinin xərclərini 10 milyon funt-sterlinq artırmış olacaq.

"Arsenal” sonuncu dəfə qitə yarışlarında 1994-cü ildə qalib olub, Kuboklar Kubokunu qazanıb.

Oxu.az