Sumqayıt, Abşeron, Siyəzən və Xızının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib

21.05.2019 18:15

Sumqayıt şəhəri,Abşeron, Siyəzən və Xızırayonlarının təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.

REYD-in Report-a istinadən məlumatına görə, Xırdalan şəhərindəkiHeydər ƏliyevMərkəzində baş tutan tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Prezidentİlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini bildirib, bu sahədə aparılan islahatlardan, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən və son illərdə əldə olunan nailiyyətlərdən danışıb.

Şagirdlərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi, məktəblərdə psixoloji xidmətin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrə toxunan nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərin nəticələrinə əsasən fəaliyyət proqramı hazırlanmasının əhəmiyyətini diqqətə çatdırıb.

Təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən bəhs edən Məhəbbət Vəliyeva təhsil işçilərinə uğurlar arzulayıb.

Sonra 2018-2019-cu tədris ili ərzində Sumqayıt şəhəri, Abşeron, Siyəzən və Xızı rayonlarının təhsil şöbələrinin müdirlərinin hesabatları dinlənilib. Təhsil işçilərini maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müşavirədəSumqayıt şəhəri, Abşeron, Siyəzən və Xızı rayonlarınıntədris, təlim və tərbiyə sahəsində gördüyü işlər, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub.