Qvardiola "Yuventus"la 4 illik müqavilə razılaşdırıb

23.05.2019 10:24

İtaliyanın "Yuventus" klubunun yeni baş məşqçisi hazırda "Mançester Siti"ni çalışdıran Xosep Qvardiola olacaq.

REYD xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Radio Sportiva"nın jurnalisti Federiko Cennarelli öz "Twitter" mikrobloqunda yazıb.

Onun məlumatına görə, tərəflər artıq gələcək müqavilənin şərtlərini razılaşdırıblar. Əməkdaşlıq müqaviləsi 4 il müddətinə imzalanacaq.