Tramp müsəlmanları təbrik edib

04.06.2019 10:20
ABŞ prezidenti Donald Tramp dünya müsəlmanlarının Ramazan bayramını təbrik edib.

REYD-in ONA-ya istinaden verdiyi xebere göre Ağ evin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti bayram münasibətilə təbrik mesajı ünvanlayıb.

Təbrikdə deyilir:

"Müqəddəs Ramazan ayının sonunda müsəlmanlar bayram gününü dua ilə qeyd edirlər. Bu müqəddəs gün həm Birləşmiş Ştatlarda, həm də dünyanın hər yerində müsəlmanlara, ehtiyacı olan insanlara kömək etmək, Allaha olan inancı gücləndirmək, başqaları ilə birgə ibadət etmək və ünsiyyət qurmaqla bağlı öhdəliklərini xatırlama imkanı verir.

Ümid edirik ki, bu bayram onu qeyd edənlərə xoşbəxtlik və sülh gətirər. Biz bütün insanların Allahın məhəbbətini, əfvini və xoş niyyətini hiss etməsi üçün dua edirik”.