Yaponiyada məktəbli avtobusu qəzaya uğrayıb, 17 nəfər xəsarət alıb

04.06.2019 10:30
Yaponiyanın Totiqi prefekturasında məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

REYD.az xəbər verir ki, bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, avtoqəza zamanı 5 nəqliyyat vasitəsi toqquşub. Onların arasında uşaqları ekskursiyaya aparan məktəb avtobusu da olub.

Nəticədə 15-i aşağı sinif şagirdləri olmaqla, 17 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.