Ukraynada Saakaşviliyə vəzifə təklif edilib

05.06.2019 11:45
Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko Odessa vilayətinin keçmiş başçısı Mixeil Saakaşviliyə siyasi jest edib.

REYD Baku.News-a istinadən xəbər verir ki, Kliçko Saakaşviliyə "UDAR” partiyasının sədri vəzifəsini təklif edib.

" "UDAR” növbədənkənar parlament seçkilərinə gedir. Tərəfdaşlarımıza təklif edirəm ki, bərabər gedək. Mən UDAR partiyasının lideri olaraq qalıram, Mixeil Saakaşviliyə isə partiyanın sədri olmağı təklif edirəm”, - siyasətçi deyib.

Kliçkonun sözlərinə görə, Saakaşvilinin partiyasına Ali Rada seçkilərində iştirakına mane olublar.