Bakıda 22 yaşlı oğlanı qatar vurdu

05.06.2019 11:55
REYD-in məlumatına görə, hadisə Biləcəri rayonu, Dəmir yol stansiyasında "Daş bazarı” yaxınlığında baş verib. 

Qatar dəmiryol xəttini keçmək istəyən 22 yaşlı oğlanı vurub. 

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 05.51-də daxil olub: 

"Hadisə yerinə gələn həkim briqadası piyadanın ayaqlarının qatar altında qaldığını görüb. Ağır xəsarət alan gənc dərhal Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılıb. Müayinədən sonra həkimlər yaralının hər iki ayağını amputasiya etmək məcburiyyətində qalıblar. Baş vermiş hadisə barədə Binəqədi rayon polis idarəsinə məlumat verilib”.