Bacanağını öldürən şəxs apelyasiya şikayəti verib

06.06.2019 12:30
Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən apelyasiya şikayəti verib. 

REYD.az xəbər verir ki, şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılacaq. Hakim Vidadi Cəfərovun icraatına verilən iş üzrə baxış iclası iyunun 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib. V.Cəfərov hadisəni namus üstündə törətdiyini bildirib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.