Seysmoloji Xidmət Mərkəzi: Zəlzələ 3 bala qədər hiss olunub

07.06.2019 11:20
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycan ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.

Mərkəzdən REYD-ə verilən məlumata görə, yerli vaxtla saat 09:27-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.7, dərinliyi 62 km olan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.