"Barselona" Buffonu transfer edə bilər

07.06.2019 11:52
PSJ-dən ayrılan Canluici Buffon karyerasını İspaniyada davam etdirə bilər.

REYD-in qol.az-a istinadən yaydığı xəbərə görə, "Barselona" rəhbərliyi 41 yaşlı qolkiperi ehtiyat qapıçı kimi transfer etməyi düşünür.

Qeyd edək ki, C.Buffonla İtaliya "Breşii", "Latsio" və "Cenoa"sının, Türkiyə "Fənərbaxça"sının və Çin və Almaniya klunblarının da maraqlandığı iddia olunur.

Xatırladaq ki, PSJ bir neçə gün əvvəl Buffonla başa çatan müqavilənin müddətini qarşılıqlı razılaşma əsasında uzadılmadığını açıqlayıb.