Çində zəlzələ nəticəsində 9 nəfər həlak olub

10.06.2019 12:53
Çinin Cilin vilayətində baş verən 2,3 bal gücündə zəlzələ nəticəsində 9 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

 REYD-inTrend-ə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 20:00 radələrində baş verib.

Hazırda axtarış-xilasetmə əməliyyatı yekunlaşıb, yerin altında işləyən bütün mədənçilər çıxarılıb.

Yerli hakimiyyət hadisənin səbəblərini araşdırmağa başlayıb.