Türkiyədə təhlükəli terrorçu məhv edilib

10.06.2019 15:37
Türkiyənin Diyarbəkır vilayətində məhv edilmiş terrorçular içində xüsusi təhlükə kəsb edən Yusuf Kayran ("Zinar Akro” ləqəbli) da var.  

REYD.az-ın məlumatına görə "Anadolu” xəbər verir ki, terrorçu Türkiyə polisinin "boz” siyahısında olub.

Daha əvvəl də axtarışda olan Y. Kayran haqqında məlumata görə 300 min türk lirəsı (90 min manat) mükafat təyin olunub.