Qaxa yasa gedənlərin maşını aşdı, sonra alışdı: yaralılar var

11.06.2019 14:45
Sumqayıtdan Qaxa yasa gedənlər qəzaya düşüblər.

 REYD.az Oxu.Az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında Qorağan-Qax avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.

Sumqayıt şəhər sakini Aqşin Ağayev idarə etdiyi "Cherry” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Nəticədə, avtomobil yanıb.