Gürcüstanda ardıcıl iki zəlzələ baş verib

12.06.2019 16:00
Gürcüstanda ardıcıl olaraq iki zəlzələ olub.

REYD-in Report-a istinadən  xəbər verir ki, bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Axaltsixe rayonunda Atskuri kəndində qeydə alınıb. Bir dəqiqə intervalla kənddə 3,3 və 3,5 maqnitudalı zəlzələ olub.

Yerli sakinlər zəlzələni hiss ediblər.

Zəlzələ dağıntılara səbəb olmayıb.