Göygöldə at yeniyetməyə ağır xəsarət yetirib

12.06.2019 18:01
Göygöl rayonunun Aşıqlı kəndində 15 yaşlı oğlan ehtiyatsızlıqdan xəsarət alıb. 

REYD-in Report-a istinadən verdiyi xəbərə görə, kənd sakini, 15 yaşlı Zülfüqar Zeynalov qonşusu ilə birgə dalaşan atları ayırmaq istəyən zaman atlardan biri təpiklə onu vurub.

Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib. Onun dalağının zədələndiyi məlum olub və əməliyyat edilib.

Hazırda onun vəziyyətinin kafi və həyatı təhlükəsi olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.