Bakıda qadınların olduğu avtomobil qəza törədib, xəsarət alanlar var

14.06.2019 11:11
Bakıda ağır yol qəzası baş verib.

REYD.az Report-a istinaden xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarının arxasında qeydə alınıb. 

Qəza nəticəsində 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyindən "Report”a verilən məlumata görə, qadınlardan 19 və 40 yaşında olanlar qapalı kəllə beyin travması ilə, digər 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müayinələri davam edir.