Yol polisləri "Son zəng" günü məktəblərdə

14.06.2019 15:08

Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yerləşən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə qatılıblar.

Təhsil Nazirliyinin müvafiq qərarına əsasən məktəblərdə keçirilən "Son zəng" tədbirlərinə Yol Polisi İdarəsi rəhbərliyi tərəfindən hazırlanmış müvafiq tədbirlər planına uyğun olaraq qatılıblar. Əsas məqsəd təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda məktəblərdə valideynlərə və məzunlara yol polisi tərəfindən hazırlanmış tövsiyələr çatdırılıb. Tövsiyələrdə "Son zəng" günü məzunlara valideynlərin və yaxın qohumların avtomobillərindən istifadə etməmək tövsiyə olunub.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur: "Yol polisi əməkdaşları "Son Zəng” mərasimlərində fəal iştirak edir. İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə olunan yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, "məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın. Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli olmağa səsləyirik. Tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.

Qeyd edək ki, rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ilə birgə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təhkim edilmiş əməkdaşları məktəblərdə müxtəlif görüşlər təşkil ediblər. Görüşlərdə məzunlarla maarifləndirici söhbətlər aparılıb. Həmçinin məktəblərə yaxın küçə və prospektlərində təhlükəsizlik tədbirləri gücləndirilib.



SON XƏBƏRLƏR

2019-10-17

14:02 Bakıda milyon dollarlıq dələduzluq edən qadın “xüsusi agent” cəzasının azaldılmasını istəyir

14:01 Bakıda qardaş qardaşı bıçaqladı

13:59 Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı

13:56 Narkotacir “Volk Qədir” ələ keçdi- FOTO

2019-10-14

17:50 Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb

17:48 Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

17:44 Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

17:42 Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi

2019-10-11

15:45 Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi

15:44 Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

15:42 Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

15:41 Ağsuda kişi su quyusuna düşüb öldü

2019-10-09

18:02 Ucarda itkin düşən ana və qızı tapılıb

18:00 Abşeronda ər arvadını döyərək öldürdü

17:59 Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

17:57 Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilər

2019-10-07

10:07 Balakəndə dörd otaqlı ev yandı

10:05 Sürpriz etmək istəyən kürəkənini öldürdü

2019-10-05

12:23 Sumqayıtda restoran yanıb

12:22 Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

davamı>>