İstanbulun mərkəzində atışma - Yaralılar var

17.06.2019 14:34
İstanbulun Fatih rayonunda silahlı insident baş verib. Trend-in məlumatına görə, atışma çeçenlər arasında olub.

REYD.az xəbər verir ki, məlumata görə, insident nəticəsində iki nəfər ağır yaralanıb.

Atışmanın Fatihdəki otellərin birində olduğu da qeyd edilir.

Hadisə ilə bağlı digər detallar hələ açıqlanmır. Polis araşdırmaya başlayıb.