Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub - ŞOK DETALLAR

17.06.2019 14:46
Bu gün Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub.

REYD.az xəbər verir ki, APA-nın araşdırmasına görə, hadisə iki nəsil arasındakı qan davasından qaynaqlanıb.

Belə ki, 2006-cı ildə təsərrüfat torpaqlarında suvarma məsələsi ilə əlaqədar Musayevlər ailəsi ilə Süleymanovlar ailəsi arasında münaqişə yaranıb. Fermer təsərrüfatı ilə məşğul olan hər iki ailə həm Sadıqlı kəndində, həm də "Ceyrançöl” adlanan ərazidə qonşu olublar. Ailələr arasında dərinləşən münaqişə 2007-ci ildə 2 nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin 2 iyun 2007-ci ildə bununla bağlı yaydığı rəsmi məlumatda bildirilib: "Ağstafa rayonunun ərazisində "Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olanlar - rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. 

Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orada vəfat edib, Talehin vəziyyəti isə ağırdır. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.

Bu olaydan 12 il sonra bu gün – iyunun 17-də səhər saatlarında Ağstafa rayonunun Böyük Kəsik kəndində ailələr arasındakı münaqişə yenidən faciə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun 1994-cü il təvəllüdlü oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında az müddət əvvəl həbsxanadan çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib. 

Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birgə yaxınlıqdakı bazara girib. Bu zaman Elnur Süleymanov qisas almaq məqsədilə "Kalaşnikov” markalı avtomatla Musayevləri atəşə tutub. Gülləbaran zamanı Şərqiyyə, Novruz və Şəmiddin Musayevlərdən başqa, yaxınlıqda olan Ağgöl kənd sakini Zeynəb Cəlilova da odlu silahın hədəfinə tuş gələrək ölüb. 4 nəfəri qətlə yetirin E.Süleymanovun açdığı güllər daha 4 nəfəri də yaralayıb. 

Bunlar 1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu, 1999-cu il təvəllüdlü Abdullayev İbrahim Rasim oğlu, 1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu və 1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğludur.

Sadıqlı kəndindən aldığımız məlumata görə, hadisəni törədən Elnur Süleymanov atası öləndən sonra fermer təsərrüfatını daha da genişləndirib. O, sakit təbiətli, zəhmətkeş adam kimi xarakterizə olunur. Subaydır. Ailədə 2 qardaş, 2 bacıdırlar.

Ölən qardaşlar isə ailəli olublar. Qardaşlardan biri az müddət əvvəl, ötən ilin sonunda həbsxanadan çıxandan sonra ailə qurubmuş. Digər qardaşları Rüfət Musayev isə 2007-ci ildəki qətl hadisəsi ilə bağlı hələ də həbsxanadadır.


SON XƏBƏRLƏR

2019-10-17

14:02 Bakıda milyon dollarlıq dələduzluq edən qadın “xüsusi agent” cəzasının azaldılmasını istəyir

14:01 Bakıda qardaş qardaşı bıçaqladı

13:59 Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı

13:56 Narkotacir “Volk Qədir” ələ keçdi- FOTO

2019-10-14

17:50 Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb

17:48 Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

17:44 Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

17:42 Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi

2019-10-11

15:45 Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi

15:44 Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

15:42 Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

15:41 Ağsuda kişi su quyusuna düşüb öldü

2019-10-09

18:02 Ucarda itkin düşən ana və qızı tapılıb

18:00 Abşeronda ər arvadını döyərək öldürdü

17:59 Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

17:57 Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilər

2019-10-07

10:07 Balakəndə dörd otaqlı ev yandı

10:05 Sürpriz etmək istəyən kürəkənini öldürdü

2019-10-05

12:23 Sumqayıtda restoran yanıb

12:22 Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

davamı>>