Yeni Zelandiyada 6,8 bal gücündə zəlzələ olub

19.06.2019 14:38
Yeni Zelandiyada 6,8 bal gücündə zəlzələ baş verib.

REYD.az Report-a istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geologiya Xidməti yayıb.

Yeraltı təkanlar Lesperans adasından 159 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. 

Zəlzələ nəticəsində ölən, yaralananlar və dağıntı barədə hələlik məlumat verilməyib.