Bilgəhdə qadını avtomobillə vurub öldürən sürücü turistdir

20.06.2019 14:02
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 58 yaşlı qadını avtomobillə vuraraq öldürən sürücünün şəxsiyyəti müəyyənləşdirilib.

REYD-in xəbərinə görə, bu, Azərbaycana turist kimi gələn Rusiya vətəndaşı Anton Spiridonovdur. 

A.Spiridonov idarə etdiyi "Audi” marklı avtomobillə 1961-ci il təvəllüdlü Rahilə Əhmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.