Bakıda qardaş bacısını qətlə yetirdi

27.06.2019 12:03
Bakıda qardaş bacısını bıçaqlayaraq öldürüb.

REYD-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib.

Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu doğma bacısı Turabova Pərvanə Nağı qızını qəsdən bıçaqlayaraq qətlə yetirib.