Abşeron rayonunda 30 yaşlı kişi ürəyindən bıçaqlanıb

28.06.2019 10:47
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

REYD-in məlumatına görə, hadisə Xırdalan şəhərində olub.

Belə ki, 1989-cu il təvəllüdlü Elxan Əliyev ürək və sağrı nahiyəsindən aldığı bıçaq yaralarından sonra xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

Cinayətin təfərrüatlarını Abşeron polisi araşdırır.