İsrail hərbçiləri ilə toqquşmalarda bir fələstinli gənc öldürülüb

28.06.2019 10:51
Qüdsün şimalındakı İssaviya şəhərinin ətrafında fələstinli nümayişçilərlə İsrail hərbçiləri arasında toqquşma olub.

REYD ONA-ya istinadən xəbər verir ki, toqquşma zamanı İsrail hərbçiləri odlu silahdan istifadə edib və nəticədə ürəyindən güllə yarası alan 20 yaşlı fələstinli Samir Obeyd həyatını itirib. Daha bir neçə nəfərin də xəsarət aldığı deyilir.

Məlumata görə, israilli hərbçilər şəhərətrafı yolları bağlayıb və nümayişçilər arasında həbslərə başlayıb.