Tanışına xəsarət yetirməkdə təqsirləndirilən qadının istintaqı yekunlaşıb

29.06.2019 12:16
Sabunçu rayonunda tanışı Bayramxatın Zahidovaya xəsarət yetirməkdə təqsirləndirilən Leyla Allazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REYD-in xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Mirheydər Zeynalovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

L.Allazova Cinayət Məcəlləsinin 128.1-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilir.