Kürdəmirdə zəncirvari qəza: sürücülər xəsarət alıb

29.06.2019 12:24
Kürdəmir rayonunda zəncirvari qəza baş verib.

REYD-in Oxu.Az-a istinadən verdiyi məlumata görə, rayonun Xırdapay kəndində "Dodge” markalı maşınla iki "VAZ 2107” markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2107” markalı avtomobillərdən birinin sürücüsü Dəyanət Əliyev ağır xəsarət alıb.

Digər "Jiquli”nin sürücüsü İltizam Abdullayev və "Dodge”nin sürücüsü Sahib Baxışov qəzadan yüngül xəsarətlə çıxıblar.

Faktla bağlı araşdırma aparılır.