Ucarda minik maşını yol kənarına aşıb, 3 nəfər yaralanıb

29.06.2019 15:37
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

REYD APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Gəncə şəhər sakinləri -1970-ci il təvəllüdlü Azad Həmid oğlu Hüseynov, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Zahidə Daşdəmir qızı Hüseynova və Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Fuad Aslan oğlu Aslanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.