”Toyota”nın münasib qiyməti və keyfiyyəti onu ən çox tələb olunan və satılan brendə çevirib - PR mütəxəssisi

01.07.2019 11:31
"Toyota Bakı Mərkəzi”nin PR mütəxəssisi Eldəniz Cəfərov Baku.News xəbər portalına müsahibə verib. Həmin müsahibəni olduğu kimi sizlərə təqdim edirik:

Eldəniz müəllim, "Toyota” maşınlarının qiymətinin digər avtomobillərə nisbətdə baha olduğu deyilir. Bu nə ilə izah olunur?

- Hazırda "Toyota” digər Yaponiya və ABŞ markalarla müqayisədə bahalı deyil. Hətta Avropa istehsalı maşınlardan ucuzdur. Azərbaycandakı rəsmi dilerlərə baş çəkib buna bir daha əmin ola bilərik. ”Toyota”nın münasib qiyməti və keyfiyyəti onu ən çox tələb olunan və satılan brendə çevirib. Misal olaraq "Corolla” modeli öz seqmentində dünyada ən çox satılan avtomobildir. Onu da deyim ki, avtomobilin qiyməti mühərrikin həcmi, təhlükəsizliyi, komfortu, quraşdırılan müasir texnologiyaların tətbiqindən asılıdır. Maşın nə qədər komfortlu olursa, qiyməti də bir o qədər yüksəlir.

Ötən il Bakıda ən az yanacaq işlədən "Toyota” krossoveri satışa çıxarıldı. Bu barədə nə deyə bilərsiz?

- Ən az yanacaq işlədən krossover kimi cəmi üç il bundan əvvəl satışa çıxarılan "C-HR” modelini göstərə bilərik. Bu model kompakt krossoverlər arasında rahatlığı və yol örtüyünə uyğunlaşma xüsusiyyətinə görə seçilir.”C-HR” 1.2L və 2.0 L hibdrid və benzin mühərrikli spesifikasiyalarda istehsal olunur. Maşın gənclər arasında populyardır. Azərbaycanda bu model rəsmi diler tərəfindən təklif olunur.

Hibrid avtomobilləri haqda oxucularımıza geniş məlumat verərdiz.

- Hibrid Yaponiya mühəndisləri tərəfindən hazırlanmış ağıllı sistemdir. Bu sistem elə qurulub ki, avtomobil aşağı sürətlə hərəkət etdikdə yanacaq işlətmir.Yanacaq sərf olunmayanda atmosferə də zərərli qazlar buraxmır. Bu səbəbdən də Hibrid ekoloji təmiz avtomobillərə aid edilir.

Toyota yeni model nə vaxt hazır olacaq və üstünlüklər nədən ibarət olacaq?

- Məsələn,"Mirai” hidrogenlə çalışan avtomobil "Toyota”nın həyata keçmiş uğurlu layihəsidir. "Mirai” bu gün Avropa ölkələrində satılır. Bilirsiz ki, ötən il yarış modeli olan şöhrətli "Supra” yenidən istehsala buraxılıb. Ənənəvi olaraq "Toyota” model sırasını yeniləyir, konsept olan modellər istehsal olunur. Yaxın gələcəkdə əfsanəvi "Land Cruiser”in yeni bir versiyasının hazırlanacağı xəbəri artıq dolaşır. Əminik ki, yeni TNGA platforması və Safety Sense sistemini uğurla tətbiq edən "Toyota” yaxın vaxtlarda bizi yenə də yeni texnologiyaları ilə heyrətləndirəcək.






SON XƏBƏRLƏR

2019-10-17

14:02 Bakıda milyon dollarlıq dələduzluq edən qadın “xüsusi agent” cəzasının azaldılmasını istəyir

14:01 Bakıda qardaş qardaşı bıçaqladı

13:59 Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı

13:56 Narkotacir “Volk Qədir” ələ keçdi- FOTO

2019-10-14

17:50 Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb

17:48 Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

17:44 Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

17:42 Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi

2019-10-11

15:45 Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi

15:44 Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

15:42 Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

15:41 Ağsuda kişi su quyusuna düşüb öldü

2019-10-09

18:02 Ucarda itkin düşən ana və qızı tapılıb

18:00 Abşeronda ər arvadını döyərək öldürdü

17:59 Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

17:57 Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilər

2019-10-07

10:07 Balakəndə dörd otaqlı ev yandı

10:05 Sürpriz etmək istəyən kürəkənini öldürdü

2019-10-05

12:23 Sumqayıtda restoran yanıb

12:22 Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

davamı>>