Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb

01.07.2019 12:10
Azərbaycanda 61 yaşlı qadında nadir ürək xəstəliyi aşkarlanıb.

Səhiyyə Nazirliyi Mətbuat xidmətindən REYD-ə verilən məlumata görə, Bakıdakı xəstəxanalardan birinin Təcili tibbi yardım bölməsinə müraciət edən 61 yaşında qadının ilk şikayətləri emosional fonda yaranan və epiqastral nahiyədən başlayıb çənəyə qədər yayılan küt ağrı olub.

Xəstə şikayətlərinin kəskin başladığını, heç bir dərman preparatı qəbul etmədiyini və yanaşı olaraq müalicə almadığı hipotireoz xəstəliyinin olduğunu qeyd edib.

Xəstənin klinikasını, EKQ (ST seqmentin elevasiyası), EXO (apikal anevrizma, atım fraksiyası çox enmiş) və laborator müayinələrin (Troponin 5.93 nq/ml) nəticələrini nəzərə alaraq, xəstəyə Kəskin Miokard İnfarktı şübhəsi ilə koronar angioqrafiya müayinəsi icra olunub.

Koronar angioqrafiya müayinəsində koronar arteriyaların normal olduğu aşkarlanıb. Eyni zamanda aparılan Sol ventrikuloqrafiya müayinəsi zamanı xəstədə nadir rast gəlinən Takotsubo kardiomiopatiyası sindromu, digər adı "ürək parçalanması”, "sınıq qəlb sindromu” olan xəstəlik aşkarlanıb.

İnvaziv kardioloq Şahin Xəlilov və həkim-kardioloq Rauf Səmədov tərəfindən vaxtında qoyulmuş diaqnoz və düzgün təyin edilmiş müalicə nəticəsində xəstə qısa müddət ərzində normal vəziyyətinə qayıda bilib.

Stress mənşəli kardiomiopatiya və ya takotsubo kardiomiopatiyası sol mədəciyin orta və xüsusilə zirvə hissəsinin tamamilə geri dönən tranzitor hərəkət qüsuru (hipokinez və ya akinez) ilə xarakterizə olunan ürək çatışmazlığı sindromudur.

Takotsubo sindromundan əziyyət çəkən xəstələrdə döş qəfəsində ağrılar və nəfəs darlığı ilə müşayiət olunan sarsıntı təkcə qorxu və kədər deyil, güclü sevinc hissinin yaşandığı anlarda da baş verə bilər. Kardiomiopatiyanın bu növündə ürək mədəcəyinin zirvəsində şarabənzər genişlənmə müşahidə olunur. Xəstəliyin əmələ gəlməsində ən mühüm amil emosional və ya psixi stresdir. Kişilərlə müqayisədə daha həssas olmaları, qadınların 90% hallarda xüsusən menopauzadan sonra, 60-70 yaşında "sınıq qəlb sindromu"na tutulma ehtimalını artırır.

Vaxtında qoyulmuş düzgün diaqnoz və müalicə ilə xəstələrdə 96% halda tam bərpa müşahidə olunur.


SON XƏBƏRLƏR

2019-10-17

14:02 Bakıda milyon dollarlıq dələduzluq edən qadın “xüsusi agent” cəzasının azaldılmasını istəyir

14:01 Bakıda qardaş qardaşı bıçaqladı

13:59 Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı

13:56 Narkotacir “Volk Qədir” ələ keçdi- FOTO

2019-10-14

17:50 Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb

17:48 Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

17:44 Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

17:42 Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi

2019-10-11

15:45 Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi

15:44 Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

15:42 Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

15:41 Ağsuda kişi su quyusuna düşüb öldü

2019-10-09

18:02 Ucarda itkin düşən ana və qızı tapılıb

18:00 Abşeronda ər arvadını döyərək öldürdü

17:59 Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

17:57 Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilər

2019-10-07

10:07 Balakəndə dörd otaqlı ev yandı

10:05 Sürpriz etmək istəyən kürəkənini öldürdü

2019-10-05

12:23 Sumqayıtda restoran yanıb

12:22 Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

davamı>>