Kürdəmirdə 59 yaşlı kişini avtomobil vurub

01.07.2019 14:08
Kürdəmir rayonunda 59 yaşlı piyadanı avtomobil vurub. 

REYD-in Report-a istinadən verdiyi  məlumata görə, hadisə rayonun Pirili kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Fərhad Məmmədkərim oğlu Kərimovu qapalı kəllə beyin travması diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gondərilib. 

Faktla bağlı araşdırma aparılır.